“Unibank”ın yığılmış zərəri 40 milyon manata çatıb - Riskli aktivi artıb
25-04-2022, 17:56
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

“Unibank” ASC 2022-ci ilin birinci rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

AZİNFORM.AZ-ın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 1 074,660 mln manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 28,1% çoxdur.

Müştərilərə verilmiş xalis kreditlərin həcmi illik müqayisədə 28% artaraq 784,633 mln manat təşkil edib.

Ötən ilin ilk rübünün yekunları ilə müqayisədə bankın depozit portfeli isə 27,5% artaraq 714,958 mln manata çatıb. Bankın cəmi öhdəlikləri isə 31,4% artaraq cari ilin martın 31-ə 974,300 mln manat təşkil edib.

“Unibank”ın cəmi kapitalı isə illik müqayisədə 2,7% artaraq 100,361 mln manata yüksəlib. Bankın yığılmış zərəri isə 4,073 mln manat artaraq 39,738 mln manata çatıb.

Cari ilin ilk rübünün yekununda bankın xalis faiz gəlirləri 23,927 mln manat, xalis qeyri-faiz xərcləri isə 19,804 mln manat təşkil edib.

Əməliyyatlarını 4,123 mln manat mənfəətlə icra edən bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 2 dəfədən çox artıraraq 8,267 mln manata çatdırıb. Bu da bankın riskli aktivlərinin artımından xəbər verir. Bununla da bank cari ilin ilk rübünü 4,143 mln manat xalis zərərlə başa vurub. /ölkə.az/





up