Ermənilər təşvişdə: Zəngəzur yolu nəzarətə götürüldü - FOTO
8-08-2022, 15:33

Rusiya sülhməramlı qüvvələri Zəngəzur-Ağarak yolunu nəzarətə götürüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Zəngəzur-Ağarak yolundan keçən Ermənistan vətəndaşları sülhməramlılar tərəfindən saxlanılaraq yoxlanılır. Həmin yoldan isitifadə edən Ermənistan vətəndaşları çətinliklə üzləşdiklərini deyərək, hakimiyyət orqanlarına narazılıqlarını ifadə ediblər.

Hökumət isə hələlik heç bir izahat verməyib. 

Qeyd edilib ki, bu, artıq Zəngəzurda üçüncü maneədir və belə yolların ikisinə Azərbaycan nəzarət edir.

Bununla yanaşı, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları da sürücüləri saxlayıb, əsir düşməmək üçün onları ehtiyatlı olmağa, avtomobilləri ərazidən sürətlə uzaqlaşdırmağa çağırıb.  





up