Rus generallarının ölümü ilə bağlı Britaniya kəşfiyyatı açıqlama yaydı
7-08-2022, 14:34

Müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rus generalını məhv edib. Eyni zamanda, rus qoşunlarının uğursuzluqları ən azı 6 rus komandirinin sıradan çıxarılmasına səbəb oldu. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyasının Şərq və Qərb hərbi dairələrinin komandirləri öz postlarını itiriblər. General-polkovnik A.Çayka 2022-ci ilin mayında  vəzifəsindən azad edilib.

Digər rus generalı A. V. Dvornikov Ukraynadakı əməliyyatın ümumi komandanlığını aldıqdan sonra vəzifəsindən uzaqlaşdırıldı və general Sergey Surovikin Cənub Qüvvələr Qrupunun komandanlığını general G. V. Jidkadan aldı.

Qeyd olunur ki, bu işdən çıxarılmaların təsirini Ukraynadakı müharibədə azı 10 rus generalının həlak olması faktı daha da artırır. Bu komandanlıq vəziyyətinin kumulyativ təsiri çox güman ki, Rusiyanın taktiki və əməliyyat problemlərini daha da dərinləşdirəcək.





up