ABŞ rəhbərliyinin səriştəsizliyinə görə üçüncü dünya müharibəsi başlıya bilər - Tramp
7-08-2022, 06:59

Hazırda ABŞ-ı idarə edən səriştəsiz insanlar dünyanı üçüncü dünya müharibəsinə apara bilər.

AZİNFORM.AZ-iın məlumatına görə, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texasda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) bildirib.

“Bizə rəhbərlik edən səriştəsiz insanların ucbatından üçüncü dünya müharibəsi başlıya bilər" - deyə Tramp bildirib.

Trampın sözlərinə görə, “bu müharibə tarixin ən pisi olacaq, çünki bizim əvvəllər heç vaxt görülməmiş silahlarımız var”.





up