Əməliyyat zamanı ölüm hadisəsi baş verdi - 33 yaşlı kişi...
6-08-2022, 21:19

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib.

AZİNFORM.AZ xəbər verir ki, paytaxt sakini, 1989-cu il təvəllüdlü Sənan Yaşar oğlu Abdullayev xəstəxanada əməliyyat zamanı qəfil vəfat edib.

Onun konkret hansı səbəbdən əməliyyat stolunda dünyasını dəyişməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.





up