ŞOK OLAY: Nənə uşaqlara baxmaqdan bezdiyi üçün üç nəvəsini və əlil qızını ÖLDÜRDÜ
6-08-2022, 10:59

Saratov vilayətində dəhşətli hadisə baş verib.

Eyni gündə ana və üç uşağı ölüb. İstintaq onların ən yaxın adamları tərəfindən öldürüldüyünü bildirib.

Təqaüdçü nənə cinayəti əvvəlcədən planlaşdırıb. Belə ki, o, zəhər alaraq onu ailənin sevimli yeməyinə - südlü şorbaya qatıb.

Nəticədə onun bütün ailə üzvləri - 23 yaşlı qızı, həmçinin üç, beş və yeddi yaşlı nəvələri dünyasını dəyişib.

Nənənin sözlərinə görə, o, əlil qızına və onun uşaqlarına qulluq etməkdən bezib.  /oxu.az/

AZİNFORM.AZ





up