Baydenin COVID-19 testi yenidən müsbət çıxıb
6-08-2022, 01:00

ABŞ Prezidenti Cozef Baydenin növbəti koronavirus testinin nəticəsi yenə də pozitiv çıxıb.

AZİNFORM.AZ bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.Qeyd edilib ki, prezidentin özünü yaxşı hiss etməsinə baxmayaraq o, ciddi özünütəcrid qaydalarına riayət etməyə davam edəcək.

Xatırladaq ki, ötən ayın 21-də Baydenin koronavirus testi pozitiv çıxıb. 30 iyul tarixində isə o, yenidən virusa yoluxub. 3 avqust tarixində edilən test yenə də müsbət nəticə göstərib.





up