BAKININ MƏŞHƏDİ DADAŞ MƏSCİDİNDƏ LONDONDAKI RADİKALLARA UNİKAL CAVAB – FOTO
5-08-2022, 23:18
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Bakının Məşədi Dadaş məscidində İmam Hüseyn əzadarlığı Londondakı səfirliyimizə edilən barbar hücuma simvolik cavabla yadda qalıb.

AZİNFORM.AZ bildirir ki, məscidə toplaşan əzadarlar əllərində üçrəngli bayrağımızı tutublar.

Bu möhtəşəm mənzərə sosial şəbəkələrdə alqışlanıb və bəyənilib.

Azərbaycan vətəndaşları din adı altında dövlətimizə edilən bu təhdidə bayrağımızı ucaltmaqla cavab vermiş olublar. Bu bir daha göstərir ki, Azərbaycan xalqının içində fitnə yaratmaq, çaxnaşmaya səbəb olmaq mümkün deyil və insanlar din üzərindən aparılan çirkin hərəkətləri pisləyirlər, bayrağımızın təhqir olunmasına dözümsüzdürlər.

 AZİNFORM.AZ





up