Bu bitki saçları uzadır - Mütəxəssis
5-08-2022, 18:53
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Rozmarinin saçlar üçün faydası tapılıb.

AZİNFORM.AZ bakupost.az-a istinadən xəbər verir ki, saç mütəxəssisi Nunçio Saviano rozmarin yağının saçlarda təsirini kəşf edib.

Bu bitki və yağı baş dərisini təmizləyir, sakitləşdirir, qan dövranını yaxşılaşdırır, saçların aktiv uzanmasını təmin edir.

O kəpəyin də qarşısını alır, tökülməni saxlayır.
Həm kişilər, həm qadınlar rozmarin dəmləməsini və ya yağımı şampuna əlavə edib, həftədə 2 dəfə istifadə edə bilər.

Bu yağı birbaşa saç dibinə çəkib gecədən səhərə kimi saxlamaq olmaz.

Bu baş dərisini qıcıqlandırıb, yandıra bilər.

Ümumiyyətlə, təbii rozmarinli saç vasitələri tapsanız, alın.





up