10 günlük körpəni küçəyə atdılar - VİDEO
4-08-2022, 22:17

Antalyada 10 günlük körpəni küçəyə atıblar.

AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdəki məhəllələrdən birində ağacın altına atılan körpəni sakinlərdən biri tapıb. Ölümə tərk edilən körpənin ağlamaq səsini eşidən sakinlər onunla bağlı polisə xəbər veriblər. Daha sonra uşağın tapıldığı məhəllədə yaşayan qadınlardan biri onu əmizdirib. Qadın bildirib ki, körpə uzun müddət ac və susuz qalıb. Daha sonra körpə müayinə üçün dövlər xəstəxanalarından birinə aparılıb.  /news24.az/





up