Kafeyə işə düzələn qadını ilk iş günü zorladılar - ŞOK OLAY
3-08-2022, 08:00

Moskvada kafe işçisi ilk iş günündəcə iki həmkarı tərəfindən zorlanıb.

AZİNFORM.AZ xəbər verir ki, 22 yaşlı qadın faktla bağlı paytaxt polisinə müraciət edib. Zərərçəkənin dediyinə görə, onu 27 və 25 yaşlı həmkarları zorlayıb.

Xanımın sözlərinə görə, o, işdən sonra iş yoldaşları ilə bara gedib və həddən artıq içki qəbul edib. O, gənclər tərəfindən hotelə aparıldığını, bundan sonra isə başına gələnləri xatırlamadığını bildirib.

Səhəri gün yuxudan oyanan qadın təcavüzə məruz qaldığını aşkar edib. 







up