Çilidə mis mədəni yaxınlığında nəhəng çuxur peyda oldu - VİDEO
3-08-2022, 02:53

ABŞ-ın Çilidəki Alkaparosa mis mədəni yaxınlığında su ilə dolu nəhəng çuxur peyda olub.

Mədən rəhbərliyi işləri müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.

Çuxurun dərinliyi 200 metr, eni isə 25 metrdir.

Hadisə yerinə Çili Milli Geologiya və Mədən Xidmətinin mütəxəssisləri gəlib. Mütəxəssislər çuxurun içərisində böyük miqdarda sudan başqa hər hansı materialın olduğunu aşkar etməyiblər.

Mədəni idarə edən “Lundin Mining” şirkəti yaxınlıqdakı işçilərin və sakinlərin xəsarət almadığını bildirib. Belə ki, ən yaxın yaşayış binası çuxurdan 600 metr, ən yaxın yaşayış məntəqəsi bir kilometr məsafədə yerləşir.


AZİNFORM.AZ



up