Dizayn qrupunun rəhbəri ATV-dən AYRILDI
2-08-2022, 23:05

ATV Anons və Dizayn qrupunun rəhbəri Mirsalam Mirsalamov işindən ayrılıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

"Bu gün həyatımın son 3 ilini həsr etdiyim "Azad Azərbaycan" televiziyası ilə vidalaşmışam. Kanal rəhbərliyi başda olmaqla bütün işçilərinə təşəkkür edirəm. Çox gözəl işlər görmüşük, böyük şəraitlər yaradılıb. Ən baxımlı kanala uğurlar arzulayıram! Bundan da sonra haradasa televizoru yandıranda birinci ATV-yə baxıb, sonra digər kanalları monitorinq edəcəm. Bu doğma vərdişdir, artıq xasiyyətdir. "ATV design" qəhrəmanlarına dərin minnətdarlığımı və peşəkar yanaşmaya görə hörmətimi bildirirəm", - deyə, teleaparıcı bildirib.





up