Çantasındakı yeməyə görə 1874 dollar cərimələdilər
2-08-2022, 12:11

İndoneziyanın Bali kurortundan vətəninə qayıdan avstraliyalı 1874 dollar cərimə olunduğunu bildirib.

O, "McDonald's"dan aldığı səhər yeməyinin əl baqajında olduğunu bəyan etməyib.

AZİNFORM.AZ oxu.az-a istinadən xəbər verir ki, səyahətçinin çamadanından iki ədəd kolbasa və vetçinalı kruasan aşkar edilib.

Qeyd edək ki, Avstraliya belə ciddi təhlükəsizlik tədbirlərini İndoneziyada epidemioloji vəziyyətin pisləşməsindən sonra tətbiq edib. Belə ki, bu yaxınlarda ada ölkəsində dabaq xəstəliyi yayılıb.





up