"Rusiya ələ keçirdiyi qızılı..." - Putinin ŞOK ƏMƏLİYYATI
2-08-2022, 09:00

“CNN İnternational” televiziyası Rusiyanın Sudandan qızıl daşıdığı iddiaları ilə bağlı yeni məlumatlar yayıb.

AZİNFORM.AZ xəbər verir ki, iddialara görə, Sudandan Rusiyaya son 1,5 ildə 16 təyyarə ilə qızıl daşınıb. Bildirilir ki, Sudanın bəzi dairələri uçuşa mane olmaq istəsə də , hökumətdəki rusiyameyilli qüvvələr təyyarələrin uçmasına şərait yaradıb. İddialara görə, Rusiya Sudandan bu müddətdə 40 tona yaxın qızıl qaçırıb.

Qızılın daşınmasında “Vaqner” qrupu rol oynayıb. Rusiyanın “qızıl əməliyyatı”nın rusiyalı iş adamı Yevgeni Proqzin tərəfindən idarə edildiyi deyilir. Qeyd edilir ki, Rusiya ələ keçirdiyi qızılı Qərbin sanksiyaları nəticəsində iqtisadiyyatının tənəzzülə uğramasının qarşısını almaq üçün sərf edir.





up