Daxili İşlər Nazirliyi xilasedicilərin ailələrinə 100 min lari verəcək
1-08-2022, 20:48

Gürcüstanın Qudauri bölgəsində dağlıq ərazidə həlak olan xilasedicilərin ailələri hökumət tərəfindən 100 min lari (təxminən 59 500 manat) alacaq.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib:

“Bu faciə ürəyimizi parçaladı. Dövlət imkan daxilində onların ailələrinə dəstək olacaq. Daxili İşlər Nazirliyi hər ailəyə 100 min lari, Səhiyyə Nazirliyi də istisna olaraq həkimlərin ailələrinə 100 min lari pul ayıracaq”.

Hökumət başçısının sözlərinə görə, o, şəxsən həlak olanları yaxşı tanıyıb və onlarla birlikdə səyahət edib.

“Ölkəmiz layiqli övladlarını – ekipaj üzvlərini və xilasediciləri, eləcə də görkəmli pilotları itirdi. Bu insanları çox yaxşı tanıyırdım. Biz uzun illər birlikdə səyahət etmişik. Bir daha onların ailələrinə başsağlığı verirəm”, - Baş nazir bildirib.






up