Dado boşandığı Natavanın hamiləliyindən danışdı: "Aramızda hər şey bitib" - VİDEO
31-07-2022, 23:23

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi ikinci dəfə ana olacaq.

Natavanın keçmiş həyat yoldaşı "Dado" ləqəbi ilə məşhurlaşan repçi Səid Əliyev məsələ ilə bağlı sosial şəbəkə hesabında videoaçıqlama paylaşıb.

 O, Natavanın hamilə olduğunu təsdiqləyərək, gələcək övladının ondan olmadığını və yollarını Həbibi ilə çoxdan ayırdığını dilə gətirib.

"Heç kimin önündə bəraət qazanmıram. Heç kimə hesabat vermirəm. Amma hiss edirəm ki, yenidən məni oyuna salmaq istəyirlər. Sadəcə deyim bilin ki, biz çoxdan boşanmışıq. Natavanın yenidən hamilə olmasını mən də sizin kimi öyrənirəm. Aramızda hər şey bitib. Allah onu xoşbəxt eləsin, yeni gələn balasının da canını sag elesin" - deyə, "Dado" bildirib.

Qeyd edək ki, keçmiş cütlüyün Zeyd Əli adlı bir oğlan övladı var.  





up