Tayvan döyüş təyyarələrini HAVAYA QALDIRDI - HHM sistemləri hava limanına YERLƏŞDİRİLDİ
31-07-2022, 00:17

Tayvan bu saatlarda mülki obyekt olan Taoyuan Beynəlxalq Hava Limanında hava hücumundan müdafiə sistemlərini yerləşdirib.

AZİNFORM.AZ xəbər verir ki,bu barədə İsrail mediası “Terror Alarm” məlumat yayıb.

Məlumata görə, Nensi Pelosinin olduğu təyyarə Havay adalarının Honolulu hava limanına enib.

Təyyarənin hava limanına niyə enməsi hələ məlum deyil. Bilinmir, təyyarə yanacaq doldurmaq üçün enib, yoxsa Pelosi fikrini dəyişib.

Onu da bildirək ki, Nensi Pelosinin təyyarəsinin Tayvana uçuşunu 57 mindən çox insan izləyir.

Xatırladaq ki, Tayvanın yaxınlığında dənizdə Çin təlimləri keçirilir. Çin daha əvvəl bildirib ki, Pelosi Tayvana uçarsa, tədbir görüləcək. Təyyarənin vurulmasına cəhd ediləcəyi ilə bağlı versiya da var.





up