Zəngin ölkələr 100 milyard dollarlıq vədlərini yerinə yetirmirlər
30-07-2022, 17:45

Zəngin ölkələr iqlimlə mübarizə aparmaq üçün yoxsul dövlətlərə 100 milyard dollar ayırmaq vədlərini hələ də yerinə yetirmirlər.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bildirib.

Məlumata görə, 2020-ci ildə inkişaf etməkdə olan ölkələrə 83,3 milyard dollar verilib ki, bu da 2009-cu ildə Kopenhagen iqlim konfransında müəyyən edilmiş hədəfdən 16,7 milyard dollar azdır. Orta hesabla ümumi məbləğin 42%-ni alan Asiyanın inkişaf etməkdə olan ölkələri 2016-2020-ci illər arasında iqlim maliyyəsinin əsas benefisiarları olub.





up