Xarkovda qoca raket hücumunda öldü... - Əlində qanlı çörəklə tapıldı... - FOTO
21-04-2022, 18:50
Azinform.Az - Azerbaycanin informasiya Merkezi
Rusiya-Ukrayna müharibəsinin 57-ci günündə 79 yaşlı Viktor Qubarevin Xarkov şəhərində çörək almağa gedərkən raket hücumu nəticəsində həlak olması və ondan sonra yaşanan ürəkdağlayan görüntülər dünya mediasında gündəm olub.

 AZİNFORM.AZ xəbər verir ki, yaşlı atasını qan içində tapan qızı Yana Baçek fəryad edib. Raket hücumundan sonra baxçada təcili tibbi yardım komandasının qarşsında atasını qanlar içində görən Baçek dəhşətə gəlib. O, ingilis dili müəllimi olduğunu və həmin vaxt mətbəxdə dərs hazırladığını deyib. Bir neçə dəqiqə sonra özünü küçəyə atan qadın həmin anları unutmaq istədiyini deyib.

16 yaşında işə başlayan, illərlə sürücü işləyən və nəhayət Rusiyanın “Qazprom” şirkətində donanma müdiri olan 79 yaşlı Qubarev işğaldan sonra həyat yoldaşının səhhətində yaranan problemlərə görə Xarkovu tərk etmək istəməyib. Cütlüyün yeganə övladı olan Baçek atasının insanları sevindirmək üçün müharibə zamanı belə zarafat etməyə və gülümsəməyə davam etdiyini bildirib.

 Xarkovdakı hücumlarda çox sayda insanın həyatını itirdiyi üçün atasına normal bir dəfn mərasimi təşkil edə bilmədiyini deyən Baçek atasının qan içində əlində saxladığı çörəyin onun bir parçası olduğunu bildirib.    /moderator.az/

 





up