Həlak olan hərbçi ilə bağlı daha bir xəbər - Yenilənib
9-07-2022, 16:11

Azərbaycan Ordusunun dünən avtomat silahdan açılmış atəş nəticəsində həlak olmuş əsgəri barədə yeni məlumat yayılıb.

Sosial şəbəkələrdə yayılmış məlumata görə, əsgər Bayramov Hüseyn Ruslan oğlu Laçında xidmət edirmiş. Onun evin tək oğlu olduğu bildirilir.

Qeyd olunur ki, Ruslan dünyaya gələnə qədər ailəsi 11 il övlad gözləyib. 11 ildən sonra doğulan ailənin tək övladının həlak olması Bayramovlar ailəsini dərin üzüntüyə qərq edib.

Baş Prokurorluğun bu gün yaydığı məlumata görə, hadisə iyulun 8-i saat 21 radələrində baş verib.

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır. /modern.az/


11:00

İyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlu ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

AZİNFORM.AZ
xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Bildirilib ki, faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.





up