Qara gavalı sümüklərin qocalmadan müdafiəsi üçün ən yaxşı meyvədir
29-06-2022, 04:12

Meyvə və tərəvəzlər birmənalı olaraq, bəziləri isə xüsusilə sağlamlığımız üçün faydalıdır. İndi isə tədqiqatçılar yaş proseslərindən sümükləri müdafiə etməyə imkan verən meyvə aşkar ediblər.

AZİNFORM.AZ xəbər verir ki, Pensilvaniya Universitetindən olan alimlər 50-70 yaş arası qadınların iştirakı ilə tədqiqat aparıblar. Tədqiqat göstərib ki, qara gavalı sümüklərin yaş dəyişməsindən müdafiəsi üçün ən faydalı meyvədir. Bu xüsusilə vacibdir, çünki qadınlarda menopauzadan sonra sümüklərin mineral sıxlığı sürətlə azalır, bu da onları osteoporoz və yıxılma və sınıqlar nəticəsində ağır travma riski altına qoyur. Bu tədqiqatın iştirakçıları gündə ya 6,12 qara gavalı meyvəsi qəbul ediblər ya da ümumiyyətlə qəbul etməyiblər. Müşahidələr 12 ay davam edib.

Bu müşahidələr göstərib ki, gündə 6-12 qara gavalı meyvəsinin qəbulu postmenopauza yaşında olan qadınlarda sümüklərin mineral sıxlığının itirilməsinin səbəbi olan iltihab mediatorların təsirini azaldır. Bu qara gavalını osteoporoz ilə mübarizədə çox ümidverici pəhriz vasitəsinə çevirir. Bir çox meyvə və tərəvəzlər osteoporozdan müdafiə edən fenol turşusu, flavonoidlər və karotenoidlər kimi bioloji aktiv birləşmələrlə zəngindir.





up