Xalq artisti konsert verəcək
28-06-2022, 21:19

Xalq artisti Miri Yusifin pandemiyadan öncə planladığı konserti baş tutacaq.

Sənətçi "SS production"ın təşkilatçılığı ilə 1,2,3 iyulda Yaşıl teatrda sevənlərinin qarşısına çıxacaq.

Canlı ifalar sərgiləyəcək müğənni səhnədə 3 saat qalmağı planlaşdırır. İfaçı tanınmış mahnıları ilə bərabər yeni hitlərini də təqdim edəcək. Tamaşaçıları səhnədə Miri Yusifin ulduz qonaqlarla duetləri də gözləyir.

Qeyd edək ki, Miri Yusifin 24 may 2020-ci il "Crystal Hall"da keçirilməli olan və pandemiyaya görə təxirə salınan konsertinə alınan bütün biletlər bu tarixlərdə keçərlidir. /olay/

AZİNFORM.AZ





up