Ermənistanın mövcudluğu yalnız xarici qüvvələrin xeyirxahlığından asılıdır - Zakaryan
26-06-2022, 20:21

“Xarici qüvvələr Nikolun imzaladığı müqaviləni yerinə yetirməyə və Berdzoru (Laçın) türklərə təslim etməyə tələsir”.

Azinform.az xəbər verir ki, bu barədə keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan öz Facebook səhifəsində yazıb. O, Paşinyan və komandasının tamamilə təcrid olunduğunu bildirib.

“Nikol və təslim olan xunta demək olar ki, tamamilə təcrid olunub. Xarici dünya Nikol hakimiyyətindən qətiyyən narahat deyil. Düşərgədən düşərgəyə qaçan, milli maraqlarla heç bir əlaqəsi olmayan ziddiyyətli gündəmlər güdən hakimiyyətə kim hörmət edəcək? Rusiyanın xarici işlər naziri Lavrovun Bakıdan verdiyi son açıqlamalar Nikolun “paspas” siyasəti qarşısında gurultulu silləyə çevrilib.

Qərb nikolizmdən maksimum yararlanır (ABŞ-ın keçmiş prezidenti Ruzveltin Nikaraquanın keçmiş diktatoruna qısa şərhi üslubunda). Xarici aləm üçün heç bir perspektivi olmayan Ermənistan hökuməti o dərəcədə təcrid olunub ki, mövcudluğu yalnız bu xarici qüvvələrin xeyirxahlığından asılıdır”, – o yazıb./konkret.az/





up