"Qarabağ" Rumıniya klubunu darmadağın etdi
25-06-2022, 22:02

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirib.

AZİNFORM.AZ xəbər verir ki, rəqib Rumıniya "Botoşani"si olub. Kössen stadionunda təşkil olunan qarşılaşma "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın qollarını 11-ci dəqiqədə Kadi Borges, 15-ci dəqiqədə Marko Veşoviç, 40-cı və 58-ci dəqiqələrdə isə İbrahima Vadji vurub.





up