"Qayınana" filminin kadrarxası unikal görüntüləri - VİDEO
24-06-2022, 10:10

1978-ci il istehsalı olan məşhur "Qayınana" filminin kadrarxası görüntüləri yayımlanıb.

AZİNFORM.AZ kult.az-a istinadla xəbər verir ki, görüntüləri Azərbaycan Kinematoqrafçılar İttifaqının Yutub kanalı paylaşıb.

Bildirilib ki, jurnalist Telli Pənahqızının AzTV üçün hazırladığı süjet "Qayınana" filminin çəkiliş prosesini əks etdirir.

Süjetdə Hüseyn Seyidzadə və baş rolun ifaçısı Nəsibə xanım Zeynalovadan başqa aktrisa İnarə Quliyeva və filmin quruluşçu operatoru Fikrət Əsgərov əks olunub.

Süjeti ittifaqa ssenarist Füzuli Sabiroğlu təqdim edib.

AZİNFORM.AZ





up