Erkən ölüm riskini aradan qaldırmaq üçün bunları etməlisiniz
24-06-2022, 05:08

Mütəxəssislər erkən ölüm riskinə qarşı məsləhətlər verib.
 
AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, Braziliyada aparılan bir araşdırma 10 saniyə bir ayaq üstə dayana bilməyən insanların məşqi tamamlayanlara nisbətən ölmə ehtimalının 84% daha çox olduğunu göstərib. 
50-75 yaş arası 2000 insanı izləyən braziliyalı mütəxəssislər flaminqo testini başa vura bilməyən (10 saniyə bir ayaq üstə dayanan) könüllülərin vaxtından əvvəl ölmə ehtimalının testdən asanlıqla keçənlərə nisbətən daha çox olduğunu müəyyən ediblər.
 
Mütəxəssislər diqqət edilməli olan əlamətləri sadalayıblar.
 
Rio-de-Janeyrodakı Clinimex Məşq Tibb Klinikasının tədqiqatçıları tərəfindən aparılan və hər bir iştirakçının orta hesabla yeddi il izləndiyi araşdırma zamanı Dr. Claudio Gil Araujo gündəlik həyat üçün yaxşı bir tarazlıq səviyyəsinin vacib olduğunu və tarazlığın itirilməsinin sağlamlığa zərər verdiyini söyləyib. Fransa Milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutunun tədqiqatçıları orta hesabla beş il izlənilən 65 yaşdan yuxarı 3200 insanın yerimə sürətini ölçüblər.
 
Təhlillər yeriyənlərin ən yavaş üçdə birinin, ən sürətli qrupla müqayisədə araşdırmanın sonunda ölmə ehtimalının 44 faiz daha çox olduğunu ortaya qoyub. Tədqiqatçılar sürətli yeriyənlərin daha fit və daha yaxşı ürək-damar sağlamlığına sahib ola biləcəyini söyləyib. 
 
Tədqiqatçılar oturub-qalxmaqda çətinlik çəkən insanların gənc ölmə ehtimalının beş dəfə çox olduğunu müəyyən ediblər.
AZİNFORM.AZ
 




up