Hadisənin xaricdə toy etmək arzusu ürəyində qaldı
23-06-2022, 22:54

Türkiyəli müğənni Hadisəylə həyat yoldaşı Mehmet Dinçərlərin xaricdə edəcəkləri toy təxirə düşüb.

AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Dinçerler ailəsinin xeyli borcunun olmasıdır. Hüquqi cəhətdən çətin vəziyyətdə qalmamaq üçün cütlüyün xaricdəki toyları olmayacaq.

Qeyd edək ki, Hadisəylə Mehmet aprelin 30-da nikaha girib. Müğənninin özündən 2 yaş kiçik həyat yoldaşı "Gloria Jean's Coffees"in sahibidir.





up