Tanınmış MMA döyüşçüsünü 10 nəfər belə əzişdirdi - VİDEO
23-06-2022, 22:10

Dağıstanda tanınmış MMA döyüşçüsü Zelimxan Yusupova hücum edilib. 

AZİNFORM.AZ-ın məlumatına görə, davanın videosunu digər MMA döyüşçüsü Maksim Divniç "Telegram" kanalında yerləşdirərək hadisə barədə informasiya verib:

“Zəlimxan Yusupova hücum! Hətta bir nəfərin silahı da var idi. Deyirlər ki, bu Hardkor turnirində Xadis İbrahimovla yaşanan münaqişə ilə əlaqədardır”.

Videoda Yusupovun üzünə yumruq zərbəsi endirildiyini, bundan sonra daha on nəfərin ona hücum etdiyini görmək olar.

AZİNFORM.AZ





up