Deputatların maaşı artırılır! Bəs müəllim və həkimin əmək haqqı...? – Tural Abbaslı – QINAQ
21-06-2022, 18:10

Hazırki qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alırdı. Dəyişikliklə isə Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq.
 
Xəbər manşetlərini bəzəyən "Deputatların maaşı qalxır" başlığı ictimiayətdə bəzən tənqid olunur. Təbii, maaşların qalxması istənilən halda sevindirici hadisədir. Lakin xüsusən deputatların maaşları ilə əlaqəli məsələ gündəmə gələndə əksər vətəndaş deputatların əleyhinə fikirlər səsləndirir. Parlamentarilərin əməkhaqlarının qalxmasını sərt reaksiya verirlər. 
Qeyd edək ki, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.
Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
 
Əhalinin  reaksiyalarını AZİNFORM.AZ-a dəyərləndirən Ağ Partiya başqanı Tural Abbaslının fikirlərinə görə, istənilən dövlət qurumlarında, müəssisələrdə,  müəyyən peşə sahiblərinin, eləcə də, parlament işçilərinin maaşlarının qaldırılması müsbət haldır:
"İnsanlar parlamenti iqtidarın bir hissəsi sayır. Yoxsulluqlarının səbəbini onlarda görürlər. Cəmiyyət deyir ki, zatən parlamentarilərin imtiyazları var, adi vətəndaşlardan fərqlənir. 
Lakin müəllimin, həkimin, pensiya alanın təqaüdü, maaşı qalxmır. Bu səbəbdən məsələ qıcıq yaradır. İnşallah, parlament üzvləri də maaşlarının qalxmasından ruhlanarlar və digər peşə sahiblərinin əməkhaqqlarını da qaldırarlar. 
 
Veteranlara verilən 80 manat 150 manata yüksəldilsin. Müəllimin, həkimin maaşını artırsınlar. Necə deyərlər, " qonaqlıq yaxşı şeydi, bir gün sizdə, bir gün bizdə". 
 
Deputatlarda əməkhaqqı qalxırsa, camaatın da maaşının yüksəlməsi qıcıq yaranmağın qarşısını ala bilər".
AZİNFORM.AZ




up