Hərbçimiz faciəvi şəkildə həlak oldu
21-06-2022, 23:59

Naxçıvan Muxtar Respublikası ərazisində qulluq edən hərbçi - kapitan Yolçuzadə Nizami Vahid oğlu xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

AZİNFORM.AZ xəbər verir ki, hərbçinin olduğu maşın onu döyüş postuna apararkən dərəyə aşıb. Məlumata görə, hadisə mərhum hərbçinin məzuniyyətdən sonrakı ilk xidmət günündə baş verib.

Yolçuzadə Nizami Vahid oğlu əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir.

Allah rəhmət eləsin! 





up