Məşhur futbolçu ölən oğlunun dostu ilə sevgili imiş – ŞOK İDDİA
20-06-2022, 23:02

Almaniya millisinin, “Bavariya”nın və İngiltərənin “Çelsi” klubunun 45 yaşlı sabiq futbolçusu  Mixael Ballakın ölən oğlunun 21 yaşlı model dostu Sofiya Şnayderhanla münasibətdə olduğu iddia edilib.

AZİNFORM.AZ xəbər verir ki, sözügedən iddia Alman mediasında geniş müzakirələrə yol açıb.

Almaniyanın Bild qəzeti Mixael və Sofiyanın bir müddətdir ki, bir-birini tanıdığını bildirib. Keçmiş futbolçu ilk dəfə yarmarka zamanı sevgilisi ilə səmimi şəkildə görüntülənib. Sofiyanın bir şirkətdə modellik etdiyi də öyrənilib.

Qeyd edək ki, keçən il Mixael Ballakın 18 yaşlı oğlu kvadrosikl qəzasında dünyasını dəyişmişdi.
Mixael Ballakın oğlu Emilio öldükdən sonra həyatının alt-üst olduğu deyilirdi. Mixael Ballak 1999 – 2010-cu illərdə Almaniya millisində çıxış edib. O, 2002-ci ildəki dünya çempionatında gümüş, 2006-cı ildəki mundialda isə bürünc medal qazanıb. 45 yaşlı keçmiş yarımmüdafiəçi 2008-ci ildəki Avropa çempionatında gümüş mükafatçı olub.

 

 





up