Ana 6 yaşlı oğlunu özü dəfn etdi – Bu foto hamını ağlatdı
19-06-2022, 20:25

115 gündür davam edən Rusiya və Ukrayna müharibəsində ölən və yaralananların sayı barədə hər gün dəhşətli rəqəmlər açıqlanır. Statistikaya əsasən, müharibə başlayandan bəri 300 uşaq həyatını itirib. Ölən uşaqların böyük acılarını yaşayan anaların tükürpədici fotoları mediada yayılır. Onlardan biri də 6 yaşlı Oleqin və onun məzarı başında ağlayan anasının fotosudur.

AZİNFORM.AZ lent.az-a istinadən xəbər verir ki, 6 yaşlı Oleq Kornievski də müharibənin məsum qurbanlarından biridir. Əlində bir buket rəngli güllərlə birgə gülümsəməsi nə yazıq ki, elə çəkdirdiyi şəkildə də qaldı...

Rusiya tərəfi Ukraynanın şərqində yerləşən bir əyaləti bombalayan zaman Oleq ölən 3 ukraynalı uşaqdan biri olur. O, evinin önündə öldürülür. Bədəninə daxil olan qəlpələr səbəbindən ağır yaralanan Oleq həyata gözlərini əbədi yumur və anası Yekaterina tərəfindən məzara qoyulur.

Qeyd edək ki, onun bu fotosu sosial şəbəkələrdə böyük reaksiyalara səbəb olub.

 AZİNFORM.AZ





up