Alimlər dəhşətli pandemiyanın sirrini məzarlıqda tapdı: Kabusa çevrilən bəla qitəyə belə yayılıb
17-06-2022, 23:43

Elm adamları 14-cü əsrdə Avrasiya və Afrikada fəsadlara yol açan tarixin ən ölümcül pandemiyası olan vəbanın mənbəyi barədə sübutlar tapıb.

AZİNFORM.AZ xəbər verir ki, Leypsiqdəki Maks Plank Təkamül Antropologiya İnstitutunun alimləri, Qırğızıstandakı 14-cü əsrə aid məzarlıqdan götürdüyü nümunələr nəticəsində 700 illik sirri həll etdiklərinə inanırlar. Elm adamlarının araşdırmasına görə, bölgədəki gəmiricilərin qalıqlarında tapılan nümunələr 8 il sonra Avropada ortaya çıxan pandemiyanın elementləri ilə eyni olub.

Alimlər hesab edir ki, bu təkcə 14-cü əsrdə pandemiya halını alan vəbanın deyil, ümumiyyətlə vəbanın yaranmasının mənbəyini tapıblar. Alimlər hesab edir ki, vəba xəstəliyi gəmiricilərdən dünyaya yayılıb.

Qeyd edək ki, 14-cü əsrdə Avropa, Asiya və Afrikada yayılmış pandemiya ciddi tələfata yol açıb. Elm adamlarının sözlərinə görə, insanlar gigiyenik qaydalara riayət edərək və gəmiricilərlə təmasdan yayınaraq pandemiyanın səngiməsinə nail olublar. /metbuat.az/





up