Vətən müharibəsi qazisi: "İPOTEKA borcunu ödəməyə kömək edin"
16-06-2022, 20:08

İkinci Qarabağ müharibəsinin döyüşçüsü, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, ikinci qrup Qarabağ əlili, qazi, Dadaşov Mehman Mirağa oğlu 1991-ci ilin iyun ayının 27-də Ağsu rayonunun Bico kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra  2009-cu ildə cəbhə xəttində hərbi xidmətdə olub.

Hərbi xidmətdə əsgər kimi 1 il qulluq etdikdən sonra 2009-cu ilin sonlarında Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün N saylı digər hərbi hissəyə  yollanmışdır. Burada 6 aylıq kurs keçmiş və 570 nəfərin içərisindən seçilmiş 22 nəfərin biri olaraq uğurla bitirmişdir. Bundan sonra kəşfiyyatçı kimi xüsusi əməliyyat taborunda xidmət edib. Keçdiyi xidmət dövründə bir çox məxfi əməliyyatlarda iştirak edərək diplom və fəxri fərman eləcədə sertifikatlarla təltif olunmuşdur. 

Aprel döyüşlərində iştirak etmiş ərazilərimizin müəyyən hissələrinin azad olunmasında yaxından iştirak etmişdir. Aprel döyüşlərində döyüşən qazimiz 2016-cı ildən 2020-ci ilə qədər müvəqqəti yaradılmış cəbhə xətti boyu yerləşən rayonların düşmən hücumlarından qorunması üçün xidmət etmişdir. 2020-ci ilin sentyabr ayının 27də başlayan ikinci Qarabağ döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olaraq ön cəbhədə qəhrəmancasına döyüşmüşdür. Füzuli, Cəbrayıl və Murovdağ istiqamətində döyüşlərə qatılmış cəmi 3 gün sonra başından qəlpə yarası alıb ağır yaralansa da döyüşləri davam etdirmişdir.  Oktyabr ayının 2-sində Cəbrayıla çox az bir məsafə qalmış ağır yaralanır. Döyüş yoldaşları onu döyüş zonasından çıxarmağa nail olur.  Bundan sonra bir-neçə hospital dəyişərək müalicə almağa çalışsa da vəziyyəti ağır olaraq qalır.  Sonda Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilir. Bu son nəticə olmur hal-hazırda bir neçə klinikada müalicəsini davam etdirir. Qazi Mehman Dadaşov Sumqayıt şəhərində yaşayır. Qazimiz "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şücaətə görə" Silahlı Qüvvələrinin 95 və 100 illik yubiley medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 

2021-ci ilin aprel ayında həkim kommissiyasının qərarı  ilə ağır vəziyyətinə görə ordu sıralarından təxris olundu və ona ikinci qrup əlillik təyin olundu. Müalicəsi davam etsə də hal-hazırda vəziyyəti yenə orta-ağır olaraq qalır. 2011-ci ilin dekabr ayında götürdüyü İPOTEKA ilə olan evin pulunu verməyə cətinlik çəkdiyinə görə Bakı şəhərində yerləşən "Qala Həyat” Sığorta Şirkətinə müraciət eləyib. Adında olan İPOTEKA ilə aldığı evin pulunu ödəmək üçün sığorta şirkətinin dəstəyini istəyib. Ancaq bütün səylərinə baxmayaraq  ona imtina cavabı veriblər. Sığorta şirkəti müqavilə şərtini əsas gətirib ki, müqavilədə  "Biz sizə yalnız birinci qrup əlil və şəhid olduğunuz halda pul ödəyəcəyik" kimi şərt var. Şikayətçi Qazinin sözlərinə əsasən onun yaxın dostlarının da iradıyla  rastlaşıb. Onlar qeyd edib ki, müqavilələr sonralar saxta yollarla dəyişilib. Bundan sonra bir qrup zərərçəkən qazilər  məhkəməyə müraciət edib. Xətai Rayon Məhkəməsi qazilərin leyhinə qərar çıxarıb. Qazinin sözlərinə görə yekun olaraq sonuncu məhkəmədə  isə sığorta şirkətinin leyhinə qərar verib. Bundan sonra o, Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra nümayəndələri onunla görüşdükdən sonra bu kimi hadisələr səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti qrumlara müraciət etməsini tövsiyyə ediblər.  Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininə müraciət etsə də hətta nazir müavini onu dinləsə belə indiyə qədər heç bir köməklik edilməyib.

Bütün bu proseslərdən sonra zərəçəkmiş Qazi Mehman Dadaşov Kapital banka müraciət edib hansı ki, İPOTEKA-ya aid  borc hesabı ordadır. Dövlət İpoteka Fonduna da müraciət edilib. Müraciətlər indiyə qədər heç bir nəticə verməyib.  Yaxın dostların və dəyərli xalqımızın oğulları sayəsində qazimizin 30 minlik borcunun 25 min manatı ödənib.  Qazinin aldığı pensiya onun sosial xərclərini güclə ödəyir. Övladı epilepsiya xəstəsidir onun müalicələri də davam edir. Anası, iki övladı, həyat yoldaşı və özü bir evdə yaşayırlar.

Ağır sosial durumu olan Qazimiz xalqımızdan və aidiyyətı qurumlardan xahiş edir ki. onun  5633 manatlıq borcunu ödəməyə kömək etsinlər. 

 

AZİNFORM.AZ








up