Bakıda kişi avtobusda qadınları belə soydu - VİDEO
15-06-2022, 20:00

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

AZİNFORM.AZ xəbər verir ki, əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Cəlil Səmədov tutularaq istintaqa təqdim edilib. Aparılan araşdırmalar zamanı Cəlil Səmədovun paytaxtın Nizami, Sabunçu və Binəqədi rayonlarında müxtəlif marşrutlarla hərəkət edən avtobuslarda qadınların çantalarından mobil telefonlar oğurladığı müəyyən edilib. Onun həmçinin ticarət mərkəzlərində insanların sıxlığı müşahidə edilən yerlərdə də cibgirliklə məşğul olduğu məlum olub.





up