2 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı
15-06-2022, 17:00

Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxılıb.

AZİNFORM.AZ xəbər verir ki, hadisə şəhərin Qala xiyabanı küçəsinə 5 mərtəbəli binada baş verib.

2 yaşlı Əlixan Şəhriyar oğlu Bağırov nəzarətdən kənar qaldığından 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.

Ağır xəsarətlər alan azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kritik-ağır kimi qiymətləndirirlər.

Uşağın Bakıdakı xəstəxanalarından birinə köçürülməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.





up