Toyuna bir həftə qalmış qəzaya düşərək ölən oğlanın nişanlısı da vəfat etdi
15-06-2022, 16:00

Şəkidə baş verən yol qəzasında xəsarət alan qadın dörd gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.

AZİNFORM.AZ-ın oxu.az-a istinadən məlumatına əsasən, 1995-ci il təvəllüdlü Günel Göyüşova bu gün səhər saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, 11 iyun tarixində Şəkinin Aşağı Küngüt kəndində “Mercedes-Benz” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olmuş, sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.





up