Təhsil Nazirliyinə məxsus binada yanğın
15-06-2022, 09:30

Şamaxı rayonunun Şirvan kəndində Təhsil Nazirliyinə məxsus (fəaliyyət göstərməyən və istifadəyə yararsız) orta məktəb binası yanıb. 

AZİNFORM.AZ xəbər verir ki, ümumi sahəsi 330 m² olan birmərtəbəli orta məktəb binasının yanar konstruksiyaları 120 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın Fövqaladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





up