"Mercedes"lə "Nissan" toqquşdu - 2 nəfər öldü
15-06-2022, 12:12

İyunun 14-də saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində A.Ağayevin idarə etdiyi “Mercedes” və Xalidə Xəlilzadənin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən AZİNFORM.AZ-a verilən məlumata görə, nəticədə X.Xəlilzadə və sərnişini Gülbəniz Qaçıyeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.





up