İranın cənubunda ardıcıl beş güclü zəlzələ oldu
15-06-2022, 12:11

Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Çarək limanı ətrafında güclü təkanlarla müşayiət olunan 5 ardıcıl zəlzələ qeydə alınıb.

AZİNFORM.AZ-ın məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələlərin gücü minimum 4,2 bal, maksimum 5,2 bal olub. 5,2 bal gücündəki zəlzələnin dərinliyi 9 km olub.

Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat verilməyib.





up