Elnardan “Elit star” Cəmiləyə: “Sakit oturdum, açıqlama versəm...” - VİDEO
14-06-2022, 23:59

“Elit Star” titulu ilə məşhurlaşan müğənni Cəmilə İsgəndərova ilə gənc müğənni Elnar Xəlilov arasında gərgin anlar yaşanıb.  
AZİNFORM.AZ xəbər verir ki, ikili “Elin sözü” verilişində mahnı ilə bağlı polemikaya giriblər.

Cəmilənin söylədiyi sözlər Elnarın boğazından keçməyib.  

Belə ki İsgəndərovanın “Şəxsən mən səni adını bilmirdim” deyə Xəlilova müraciət edib.Bundan sonra ikili arasında gərginlik yaşanıb. O, Cəmiləni repertuarında yer alan “Unuda bilərsən” mahnısı ilə imtahana çəkib: “Mən sizin mahnınızı bilirəm. Deyin mənə görüm, “Bu mahnı etalondur?” Bu nəğmə hansı laddadır?”. 

Cəmilə isə Elnarın bu sualına cavab verə bilməyib. 

Daha sonra Elnarın: “Bundan sonra siz mənə sənətkar olaraq necə irad tuta bilərsiniz? Əgər siz oxuduğunuz mahnının hansı ladda olduğunuzu bilmirsinizsə” sözlərinə Cəmilə: “Mahnıları xalq üçün oxuyuram. “Unuda bilərsən” mahnım xalq tərəfindən də çox sevilib”, – deyə cavab verib. 

AZİNFORM.AZ



up