Antalyada turist avtobusu aşdı Ölən və yaralananlar var – VİDEO
14-06-2022, 22:42

Antalyanın Korkuteli rayonu Fethiye şossesində tur avtobusu aşıb.

AZİNFORM.AZ xəbər verir ki,Qəzada 1 turistin həyatını itirdiyi, 22 nəfərin yaralandığı bildirilib.

Avtobusda 5 fərqli ölkədən gələn 20 turist, 2 bələdçi və 1 sürücü olub. Ölən şəxsin əcnəbilərdən biri olduğu qeyd edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.


AZİNFORM.AZ



up