Güllə keçirməz şüşələr, 200 nəfərlik ziyafət zalı, 35 yataq otağı - Məşhurların mülkləri
11-06-2022, 22:11

Hər zaman sənətləri, şəxsi həyatları ilə gündəmdən düşməyən məşhurların zamanla əşyaları, yedikləri yeməklər, yaşadıqları malikanələr maraq doğurur.

AZİNFORM.AZ axşam.az-a istinadən bu dəfə dünya ulduzların ən bahalı villarlarını və fotolarını təqdim edir. Hyu Hefnerin 54 milyon dollarlıq mülkü

Amerikalı naşir, məşhur "Playboy" jurnalının yaradıcısı Hyu Hefner malikanəsində təşkil etdiyi lüks partilərlə tanınır. Hyunun 1927-ci ildə tikilmiş Kaliforniyadakı mülkünün sahəsi 1900 kvadratmetrdir. Evdə 12 yataq və 21 vanna otağı var. Media maqnatının  şərab zirzəmisi, tennis kortu, fitnes zalı və hətta lisenziyası olan zooparkı (yəni heyvanlar ora qanuni şəkildə gətirilib) olan malikanəsinin dəyəri 54 milyon dollardır.

Tayqer Vudsun 54,5 milyon dollarlıq villası

Amerikalı peşəkar qolfçu Tayqer Vuds tarixi mülkə sahib olan Hefnerdən fərqli olaraq villasını öz layihəsi əsasında yenidən inşa etdirib. Bunun üçün o, Floridada okeana baxan ərazi alıb. O, malikanə daxilində bu mənzərənin görünməsi üçün şüşədən liftdən istifadə edib. Yataq, qonaq, vanna otaqları və mətbəx xaricində mülk basketbol və tennis kortu, üzgüçülük və dalğıc hovuzu, dörd qolf meydançası, oyun studiyası (pis havada məşq etmək üçün) və idman zalı ilə diqqət məkir.

Beyons və Cey-Zinin 88 milyon dollarlıq malikanəsi

Amerikalı məşhur müğənni Beyonsla həyat yoldaşı Cey-Zinin mülkü Los-Ancelesdə, Santa Monika dağları yaxınlığındakı Bel Air bölgəsində yerləşir. 3 min kvadratmetrlik villada dörd hovuz, səkkiz yataq, on bir vanna otağı, sauna və ayrıca buxar otağı, on beş avtomobil üçün qaraj, səsyazma studiyası var. Onu da qeyd edək ki, malikanənin bütün pəncərə və qapıları güllə keçirməz şüşədən hazırlanıb və ən son təhlükəsizlik sistemi quraşdırılıb.

Amerikalı model Sindi Krouford əri Rendi Qerberin 60 milyon dollarlıq evi

Kaliforniyanın Malibu bölgəsində yerləşən mülk okean sahilindədir. Sadə dizaynı olan villanın dəyəri isə 60 milyon dollardır.

Cennifer Enistonun 79 milyon dollarlıq iqamətgahı

Amerikalı aktrisa Beverli Hills bölgəsindəki malikanəsində 20 il əvvəl Bred Pittlə yaşayıb. Boşandıqdan sonra bölünməli olan ev satıldı və pul aralarında bölüşdürüldü. Belə ki, cütlük 13,5 milyon dollara aldıqları villanı 28 milyon dollara satıb.

Daha sonra Eniston dəfələrlə Pittin payını satın almadığına görə peşman olduğunu söyləyib. Bu yaxınlarda "Mirror" nəşri Pittin malikanəni keçmiş həyat yoldaşına 50 illik yubileyində bağışladığını yazıb. Hazırkı məzənnə ilə alış ona 79 milyon dollara başa gəlib.

Opra Uinfrinin 85 milyon dollarlıq sarayı

Amerikalı tok-şou aparıcısı Opra Uinfrinin demək olar ki, malikanə kolleksiyası var. Ancaq o, çox vaxt Kaliforniyadakı iqamətgahında yaşayır. Mülkü fərqləndirən özəlliklər isə balıqlı süni gölün və şəxsi parkın olmasıdır.

Bill və Melinda Qeytsin 123,5 milyon dollarlıq mülkü

“Microsoft” şirkətinin sahibi, milyarder Bill Qeytslə keçmiş həyat yoldaşı Melinda Qeyts evli olduqları vaxtda tikdirdikləri villa Vaşinqtonda yerləşir. Mülkün yerləşdiyi torpaq sahəsi 1988-ci ildə alınıb ​​və yeddi il ərzində yeni villa tikilib. Malikanədə 24 vanna, ən azı eyni sayda yataq otağı, 200 nəfərlik ziyafət zalı, hətta suyun altında çimərkən belə eşidilə bilən xüsusi musiqi sistemi var. Burada sənət əsərləri, o cümlədən 16-cı əsrə aid Leonardo da Vinçinin Qeytsə 30,8 milyon dollara başa gələn əlyazmasını da görmək mümkündür.

Ancelina Colinin 61 milyon dollarlıq qalası

Hollivud ulduzu Ancelina Colinin Fransanın cənubunda 1000 hektarlıq ərazidə əsl qalası var. Altı uşaq, dostlar və qonaqlar üçün mülkdə 35 yataq otağı, banket zalı, kişilər və qadınlar üçün iki ayrı idman zalı, üzüm bağları və hovuz var.

Corc Kluninin 100 milyon dollarlıq evi

Hollivud ulduzu Corc Kluni İtaliyada, Komo gölünün mənzərəli sahillərində daşınmaz əmlakı var. Villanın ərazisində hovuzdan əlavə tennis kortu, teatr var.

AZİNFORM.AZ





DİGƏR XƏBƏRLƏR
up