Azərbaycana turist kimi gələn biznesmenlər – HANSI ÖLKƏLƏRDƏNDİR?
10-06-2022, 23:59

Beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu (BVF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi artım tempinin azalacağını bəyan ediblər. Növbəti aylarda qlobal iqtisadiyyatda artım faizinin düşəcəyini bəyan edən BVF 2022-ci ildə dünya iqtisadiyyatının 3.6 faiz artacağını proqnozlaşdırır. Ötən il dünya iqtisadiyyatı 5.7 faiz böyümüşdü.

Dünya Bankı və OECD daha da bədbindilər. 2022-ci ildə Dünya Bankı 2.9, OECD isə 3.0 faiz artım proqnozlaşdırır. Hər iki qurumun ilin növbəti yarısı üçün gözləntiləri nikbin deyil.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, qlobal iqtisadiyyatdakı çətinliklər özünü həmçinin ərzaq bazarında qıtlıq və qiymət artımları ilə göstərir.

Deputat deyib ki, Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub:

“Hər iki ölkənin dünya buğda ixracatında birgə payı 30 faiz, qarğıdalı, mineral gübrələrdə satışında 20 faiz idi. Neftin 11 faizi bu regiondan ixrac olunurdu.

Göründüyü kimi, qlobal ərzaq qıtlığı və qiymət artımları 2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi olaraq qalmaqdadır. Aydındır ki, dünyada bazarındakı qiymət artımları fonunda Azərbaycanda idxal infilyasiyası qaçılmazdır. Bu ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infiliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi”.

“Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Rusiya-Ukrayna müharibəsi isə bir daha göstərdi ki, yeganə dayanıqlı yol idxaldan asıllığın azaldılması və tələbin daha çox yerli istehsal hesabına ödənilməsidir”, – parlamentari qeyd edib. /modern.az/





up