15 ildir polis tərəfindən axtarılırdı, görün hardan tapıldı - FOTO - VİDEO
10-06-2022, 23:41

15 il axtarışda olan şəxs yatağın altından tapılıb.
AZİNFORM.AZ xəbər verir ki, Kayseridə 4 müxtəlif cinayətə görə 15 il 5 ay həbs cəzası alan H.K. gizləndiyi evdəki çarpayının altında yaxalanıb.
 
Kayseridə təhlükəsizlik orqanları və büro komandirliyi qrupları 4 fərqli oğurluq ittihamı ilə 15 il 5 ay həbs cəzası alan H.K.-nın tutulması üçün iş başladıb.
 
Araşdırmalar çərçivəsində məhkumun Melikqazi rayonu Aydınlıkevler məhəlləsində bir ünvanda gizləndiyi müəyyən edilib. Polis qruplarının axtarışı nəticəsində H.K-nın çarpayının altında gizləndiyi məlum olub. 
 
Nəzarətə alınan məhkum polis bölməsindəki əməliyyatlardan sonra həbsxanaya göndərilib. 

 




up