Mustafa Sandalın 3 günlük toyu başladı - Video
10-06-2022, 23:31

Ötən həftə Romada sevgilisi Melis Sütşurupla nikah masasına əyləşən müğənni Mustafa Sandalın bu gün toyudur.

AZİNFORM.AZ xəbər verir ki, iyunun 12-nə kimi davam edəcək toydan ilk görüntülər artıq sosial şəbəkədə yayılıb. Hazırda Marmarisdə keçirilən məclisə 80 nəfər dəvət olunub.

Mustafa qonaqlarının otelə gəlişi, gecələməsi və toy xərcləri üçün ümumi olaraq 100 min avro (təxminən 176 min manat) xərcləyəcək.

Qeyd edək ki, sənətçi daha öncə müğənni Emine Yahoviçlə evli olub. 

AZİNFORM.AZ





up