Zirzəmiyə aparan səkilər – VİDEO
10-06-2022, 23:17

Yasamal rayonu, Zahid Xəlilov küçəsinin sakinləri səkilərin darlığı və təhlükəli olmasından şikayətçidir.

Belə ki, Bakı Dövlət Univetsitetinin qarşısında yerləşən bu küçənin hər iki tərəfində avtomobillərin park etməsi üçün icazə verilir. Səkilər isə çox dardır. Günün pik saatlarında universitetdən çıxan tələbələr, yaxınlıqda yaşayan sakinlər bura ilə gedərkən ciddi əziyyət çəkir.

Yolun bir hissəsindəki səki bitməmiş, binanın zirzəmisinin girişi başlayır. Bunu görmədən ayağını qarşıya atan şəxsləri isə ciddi təhlükə gözləyir.

Çünki zirzəminin girişi nə az, nə çox 3-4 metr aşağıda yerləşir.

Daha ətraflı Baku TV-nin süjetində:


AZİNFORM.AZ



up