Nüşabə məhkəmə ilə hədələndi
10-06-2022, 23:08

ARB TV-nin efirində növbəti dəfə gərginlik yaranıb.

 OLAY yazır ki, "Səni axtarıram" verilişində 4 uşaq anası olan Günel və Əməkdar artist Nüşabə Ələsgərli mübahisə edib.

Sənətçi övladlarından imtina etmək istəyən Günelə irad bildirib. O sözügedən şəxs haqqında "Belə bir qanun çıxsın ki, şüuru özünü idarə edə bilməyən qadınlar çox doğa bilməsinlər. Elə bil ölkə, xalq söz verib ki, sən hərəsini bir yerdə doğ biz baxacağıq. Sən doğ, Xoşqədəm, xalq baxacaq" sözlərini səsləndirib.

Bundan sonra Günel hiddətlənərək Ələsgərlini məhkəməyə verəcəyini açıqlayıb.

"Şərəf və ləyaqətimi alçaltdığı üşün mənə təzminat ödəməsini istəyirəm. Mən həmin məbləği uşaq evinə verəcəm", - deyə o, bildirib.





up