Uşaqları da özləri qədər məşhurdur
10-06-2022, 11:57

Məşhur simaların özləri qədər, övladları da izləyicilərə və mediaya maraqlıdır. Onların uşaqları ilə bağlı paylaşımları və fotoları bəzən gündəmə gəlir, xəbər saytlarında tirajlanır.

Çox məşhur övladlarını mediadan, sosial şəbəkələrdən uzaq tutmağa çalışsa da, bəziləri onların sosiallaşmağının, paylaşımlar etməyinin tərəfdarıdır.

AZİNFORM.AZ xəbər verir ki, OLAY sosial şəbəkələrdə "at oynadan", onu aktiv şəkildə istifadə edən məşhur uşaqları bir araya yığıb: Uşaqları da özləri qədər məşhurdurXalq artisti Emin Ağalarovun oğlu Əli Ağalarov həm musiqi fəaliyyəti, həm də instaqram paylaşımları ilə diqqət mərkəzindədir. Onun 66 mindən çox izləyicisi var.

Uşaqları da özləri qədər məşhurdurXalq artisti Röya Ayxanın oğlu Hüseynin instaqram hesabı olsa da, fəal istifadəçi deyil. Hüseynin paylaşım etmədiyi səhifəsinin 36 mindən çox izləyicisi var.

Uşaqları da özləri qədər məşhurdurAparıcılar Zaur Baxşəliyev və Günay Baxşəliyevanın qızı Dilavərin hələ kiçik yaşlarından instaqram səhifəsi mövcuddur. Dilavərin valideynləri tərəfindən idarə olunan hesabını 225 min nəfər izləyir.

Uşaqları da özləri qədər məşhurdur

Müğənni Ayan Babakişiyevanın qızı Selena da sosial şəbəkələrədə aktivdir. Onun İnstaqramda 100 min izləyicisi var.

Uşaqları da özləri qədər məşhurdur

Müğənni Nura Surinin kiçik oğlu David zaman-zaman rəqs videoları ilə diqqət çəkir. Lakin onu instaqramda elə də çox insan izləmir. Davidin hazırda 1450 izləyicisi mövcuddur.

Uşaqları da özləri qədər məşhurdur

Aparıcı və aktyor İlkin Həsəninin qızı Alisanın instaqram hesabı gizlidir və paylaşım yoxdur. Onun cəmi 757 izləyicisi var.

Uşaqları da özləri qədər məşhurdur

Aktrisa Nərgiz Əliyevanın qızı Jasmini isə instaqramda 7 min 578 nəfər izləyir.

Uşaqları da özləri qədər məşhurdur

Müğənnilər Musa Musayev və Təranə Qumralın qızı Sevgimcan da ifaları və maraqlı rəqsləri ilə sosial şəbəkələrdə diqqət çəkməyi bacarıb. Onun 60 minə yaxın izləyicisi var.

Uşaqları da özləri qədər məşhurdur

Prodüser Təranə Səmədovanın qızı Suelin instaqram səhifəsini 6 min 440 istifadəçi izləyir.

Uşaqları da özləri qədər məşhurdur

Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirin də instaqram səhifəsi aktivdir. Onun hazırda 40 minə yaxın izləyicisi var.

Uşaqları da özləri qədər məşhurdurUşaqları da özləri qədər məşhurdur

AZİNFORM.AZ





up